...

Zəlzələ bölgəsində 751 min nəfər çadırlarda qalır - Ərdoğan

Dünya xəbərləri Materials 20 Fevral 2023 18:12 (UTC +04:00)
Humay Ağacanova
Humay Ağacanova
Bütün xəbərlər

Bakı. Trend:

Zəlzələ bölgəsində 751 min nəfər çadırlarda qalır

Trend xəbər verir ki, bu barədə Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan bildirib.

"Ümumilikdə, 1 milyon 684 min nəfər müxtəlif sığınacaqlarla təmin edilib. Ehtiyac yaranarsa, konteyner evlərin sayı 200 minə çatdırılacaq. Hazırda 114 min 834 nəfər dağıntı altından çıxarılıb. Prosess hələ də davam edir. Zəlzələdən sonra ümumi zərərin qiymətləndirilməsi işləri isə yekunlaşmaq üzrədir", - deyə R.T.Ərdoğan əlavə edib.

Xatırladaq ki, fevralın 6-da Türkiyədə səhər saatlarında 7.7 və 7.6 bal gücündə iki zəlzələ baş verib. Dərinliyi 7 kilometr olduğu müəyyən edilən zəlzələ Hatay, Qaziantep, Kilis, Osmaniye, Malatya, Adıyaman, Şanlıurfa, Diyarbəkir, Adana və Kahramanmaraş vilayətlərində ciddi dağıntılara səbəb olub.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti