Bakı. Trend:
İsrailin “Rafael” şirkəti kiçik pilotsuz uçuş aparatları (PUA) ilə mübarizə üçün nəzərdə tutulmuş “Typhoon” uzaqdan idarə olunan döyüş modulunun yenilənmiş versiyasını təqdim edib.
Trend xəbər verir ki, sözügedən döyüş modulunun görüntüsü şirkətin "YouTube" kanalında yayımlanıb.
Şirkətin nümayiş etdirdiyi görüntüdə gəminin burnunda quraşdırılmış modulu görmək olar. Videoda həmçinin elektro-optik nişan alma sisteminin fəaliyyəti də göstərir, onun köməyi ilə silah pilotsuz təyyarəyə tuşlanır və nəticədə uğurla məhv edilir.