Bakı. Trend:
Meksikanın şərqindəki Verakruz ştatında "Pemex" dövlət neft və qaz şirkətinin "Tuzandepetl" neft anbarında güclü yanğın başlayıb.
Trend xəbər verir ki, bu barədə regional fövqəladə hallar idarəsinin "Twitter" səhifəsindəki paylaşımda bildirilir.
"Pemex"ə məxsus "Tuzandepetl" obyektində boru kəməri yanıb. Yanğının söndürülməsi şirkət işçiləri və bələdiyyənin fövqəladə hallar idarəsinin əməkdaşları tərəfindən davam etdirilir", - deyə paylaşımda deyilir.
Yanğının səbəbi barədə məlumat verilmir.