Bakı. Trend:
Türkiyənin İzmir vilayətində 4,1 bal gücündə zəzlələ baş verib.
Trend-in məlumatına görə, bu barədə İzmir valisi Yavuz Səlim Koşger öz "Twitter" səhifəsində yazıb.
Onun sözlərinə görə, zəlzələnin episentri vilayətin Foça rayonunda olub.
O bildirib ki, ölənlər və dağıntılar barədə məlumat daxil olmayıb.