Bakı. Trend:
Misir hakimiyyəti bu ilin aprel ayının sonunda yay vaxtına keçməyə qərar verib.
Trend xəbər verir ki, Misir hökuməti yay vaxtına keçid sisteminin bərpası ilə bağlı qanun layihəsini təsdiqləyib.
Hər təqvim ilinin aprel ayının son cümə günündən oktyabrın sonuncu cümə axşamına qədər Misirdə yay vaxtına keçid sistemi tətbiq olunacaq.