Bakı. Trend:
ABŞ-ın cənub hissəsində tornado və leysan yağışları nəticəsində azı 9 nəfər ölüb.
Trend-in məlumatına görə, bu barədə "Reuters" agentliyi yerli hakimiyyətə istinadən bildirib.
Məlumata əsasən, tornadolara və leysan yağışlarına səbəb olan siklon ölkənin şimal-şərqinə doğru hərəkət edir, burada proqnozlara görə, güclü qar yağa bilər.
Bildirilib ki, təbii fəlakətdən zərər çəkmiş ştatlarda 1,4 milyondan çox ev və müəssisə işıqsız qalıb.