...

TDT-yə üzv dövlətlər Türkiyəyə dəstək verdilər - Ərdoğan

Dünya xəbərləri Materials 23 Mart 2023 00:19 (UTC +04:00)

Bakı. Trend:

Türk Dövlətləri Təşkilatına (TDT) üzv olan qardaş ölkələrin zəlzələ fəsadlarının aradan qaldırılmasında dəstəyini gördük.

Trend xəbər verir ki, bu barədə Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan bildirib.

“TDT-nin Fövqəladə Zirvəsini də Ankarada keçirdik və Mülki Müdafiə Mexanizminin yaradılmasına dair qərar aldıq. Başda Azərbaycan olmaqla, Qırğızıstan, Qazaxıstan, Türkmənistan buraya gələrək aparılan işləri izlədilər”, - deyə Türkiyə Prezidenti bildirib.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti