...

ABŞ-ın Suriaydakı hərbi bazası raket hücumuna məruz qalıb

Dünya xəbərləri Materials 25 Mart 2023 00:42 (UTC +04:00)
ABŞ-ın Suriaydakı hərbi bazası raket hücumuna məruz qalıb

Bakı. Trend:

Cümə günü Suriyanın şimal-şərqindəki daha bir ABŞ hərbi bazasına raket zərbəsi endirilib.

Trend xəbər verir ki, bunu brifinq zamanı Pentaqonun mətbuat katibi Patrik Rayder deyib.

"Bu səhər yerli vaxtla təxminən saat 08:05-də Suriyanın şimal-şərqindəki Qrin-Villic bölgəsindəki koalisiya qüvvələri 10 raketlə vurulub. Hücum nəticəsində şəxsi heyətimiz və koalisiya tərəfdaşlarımız arasında itki yoxdur. Eyni zamanda, raket zərbələri nəticəsində avadanlıq və konstruksiyalar da zədələnməyib", - deyə P.Rayder bildirib.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti