Bakı. Trend:
Türkmənistan parlamentinə seçkilərdə seçici fəallığı 74,48% təşkil edib.
Trend-in məlumatına görə, bu barədə ölkənin Seçkilərin və referendumların keçirilməsi üzrə Mərkəzi Komissiyası bildirib.
Məlumata əsasən, saat 15:00-a qədər parlament seçkilərində seçicilərin 61,68 faizi səs verib.
Səsvermə davam edir.