...

Ərəb Liqasının növbəti sammiti mayın 19-da Səudiyyə Ərəbistanında keçiriləcək

Dünya xəbərləri Materials 27 Mart 2023 00:21 (UTC +04:00)
Ərəb Liqasının növbəti sammiti mayın 19-da Səudiyyə Ərəbistanında keçiriləcək

Bakı. Trend:

Ərəb Dövlətləri Liqasının (ƏDL) növbəti sammiti mayın 19-da Səudiyyə Ərəbistanında keçiriləcək.

Trend xəbər verir ki, bunu bazar günü təşkilatın baş katibinin köməkçisi Hüsam Zəki deyib.

"Mayın 19-da Səudiyyə Ərəbistanında Ərəb Liqasının 32-ci sammitinin keçiriləcəyi gözlənilir. Görüşün tarixi Ərəb Liqasının baş katibi Əhməd Əbu əl-Qeytin Krallığın hökuməti ilə məsləhətləşmələrindən sonra müəyyən edilib", - deyə o, bildirib.

Onun sözlərinə görə, sammitdən əvvəl nazirlər səviyyəsində bir neçə hazırlıq iclası keçiriləcək.

Qeyd edək ki, daha əvvəl Krallığın Xarici İşlər Nazirliyi Ər-Riyadın sammitə ev sahibliyi etməyə hazır olduğunu bildirsə də, dəqiq tarix məlum deyildi.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti