...

Yaponiya Şimali Koreyaya qarşı birtərəfli sanksiyaları iki il müddətinə uzadıb

Dünya xəbərləri Materials 7 Aprel 2023 06:45 (UTC +04:00)
Yaponiya Şimali Koreyaya qarşı birtərəfli sanksiyaları iki il müddətinə uzadıb

Bakı. Trend:

Yaponiya hökuməti Şimali Koreyaya qarşı birtərəfli sanksiyaların müddətini iki il uzadıb.

Trend xəbər verir ki, bunu cümə günü mətbuat konfransı zamanı Yaponiyanın Nazirlər Kabinetinin baş katibi Hirokadzu Matsuno deyib.

"Nazirlər Kabinetinin bugünkü iclasında Şimali Koreyaya qarşı sanksiyaların iki il müddətinə uzadılması qərara alınıb", - deyə o bildirib.

H.Matsuno vurğulayıb ki, müvafiq qərar BMT Təhlükəsizlik Şurasının qətnamələrinin icrasının zəruriliyi baxımından da qəbul edilib.

Baş katib qeyd edib ki, Yaponiya hökuməti beynəlxalq ictimaiyyətlə sıx əməkdaşlıq edərək, Pxenyanın nüvə raket proqramı probleminin, eləcə də KXDR kəşfiyyatı tərəfindən oğurlanmış Yaponiya vətəndaşlarının probleminin həlli istiqamətində fəaliyyətini davam etdirəcək.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti