...

Bu ölkədə həftəlik iş vaxtı 40 saata endirilir

Dünya xəbərləri Materials 12 Aprel 2023 20:07 (UTC +04:00)
Bu ölkədə həftəlik iş vaxtı 40 saata endirilir

Bakı. Trend:

Çili parlamenti həftəlik iş vaxtını 45 saatdan 40 saata endirən qanun layihəsini təsdiqləyib.

Trend xəbər verir ki, qanun layihəsi parlamentdə səs çoxluğu (əleyhinə 14 səs, lehinə 127 səs) ilə qəbul edilib.

Layihənin qarşıdakı 5 il ərzində ölkədə tam şəkildə həyata keçirilməsi nəzərdə tutulur.

Çilidəki bir çox şirkət bu ilin əvvəlində 2026-cı ilə qədər 40 saatlıq iş həftəsinə keçəcəyini açıqlayıb. Kiçik firmalar isə daha çox işçi götürmək üçün kifayət qədər resurslarının olmadığını bildirərək yeni qanunu tənqid ediblər.

Çili prezidenti Qabriel Boric parlamentdə baş tutan səsvermədən əvvəl sosial media hesabından paylaşım edərək qanun layihəsinin ölkədə ədalətin daha geniş şəkildə bərqərar olması üçün mühüm addım olduğunu bildirib.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti