...

Nyu-Yorkda binanın uçması nəticəsində bir nəfər ölüb

Dünya xəbərləri Materials 19 Aprel 2023 02:41 (UTC +04:00)
Nyu-Yorkda binanın uçması nəticəsində bir nəfər ölüb

Bakı. Trend:

ABŞ-ın Nyu-York şəhərinin Manhetten rayonunda qabalı parkinq binasının uçması nəticəsində azı bir nəfər ölüb.

Trend-in məlumatına görə, bu barədə Nyu-Yorkun meri Erik Adams mətbuat konfransı zamanı deyib.

E.Adams vurğulayıb ki, binanın sağ qalmış konstruksiyaları son dərəcə qeyri-sabitdir, ona görə də xilasedicilər vəziyyəti qiymətləndirmək üçün xüsusi avadanlıqdan istifadə edirlər.

"CBS" telekanalı bildirib, Nyu York yanğınsöndürmə xidməti binanın uçması nəticəsində bir neçə yaralının olduğunu bildirib. Onun sözlərinə görə, xilasedicilər hadisə yerindədir.

Məlumata əsasən, 6 nəfər Nyu Yorkdakı xəstəxanalara aparılıb.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti