Bakı. Trend:
Sudan Silahlı Qüvvələri atəşkəsi daha 72 saat uzatmağa razılaşıb.
Trend "Əl Cəzirə" telekanalına istinadən xəbər verir ki, bu barədə Sudan ordusunun müvafiq bəyanatında deyilir.
Bəyanatda qeyd edilir ki, ordu daha əvvəl razılaşdırılan 72 saatlıq atəşkəs yerli vaxtla saat 00:00-da başa çatacağı üçün atəşkəs müddətini uzatmağa hazırdır.
Eyni zamanda, Çevik Hərəkat Qüvvələrinin atəşkəsə razılıq verməsi barədə telekanalın məlumatı yoxdur.