...

Xartum vilayətində təhlükəsizliklə əlaqədar növbəti günlər qeyri-iş kimi hesab olunacaq

Dünya xəbərləri Materials 30 Aprel 2023 03:54 (UTC +04:00)
Xartum vilayətində təhlükəsizliklə əlaqədar növbəti günlər qeyri-iş kimi hesab olunacaq

Bakı. Trend:

Həm paytaxtın özünü, həm də ona bitişik Omdurman və Bahri şəhərlərini əhatə edən Sudanın Xartum vilayətinin hakimiyyəti təhlükəsizlik sahəsində gərgin vəziyyəti ilə əlaqədar şənbə günü növbəti günləri qeyri-iş günləri kimi elan edib.

Trend-in məlumatına görə, bu barədə "Al Hadath" televiziya kanalı xəbər verib.

Məlumata əsasən, Xartum vilayətində bazar günündən etibarən qeyri-iş günləri müəyyən edilir. Bildirilib ki, belə bir qayda vilayət hakimiyyət orqanlarının növbəti xəbərdarlığına qədər qeyri-müəyyən müddətə qüvvədə olacaq.

İstisnalar yalnız "böhranların idarə edilməsi xidməti və şəhər iqtisadiyyatının həyati sahələri" üçün edilib.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti