Bakı. Trend:
Qazaxıstanın Aktobe vilayətindəki qaz emalı zavodunun ərazisində yanğın baş verib.
Trend-in məlumatına görə, bu barədə regional icra orqanınn (akimat) mətbuat xidməti bildirib.
Hadisə nəticəsində 4 nəfər yanıq xəsarətləri alıb. Onlar xəstəxanaya yerləşdirilib, vəziyyətləri ağır stabildir.
Hadisənin səbəbləri müəyyənləşdirilir.
Yanğın yerli vaxtla saat 20:35-də lokallaşdırılıb, yanğının söndürülməsi davam edir.