Bakı. Trend:
Serbiya Prezidenti Aleksandar Vuçiç vətəndaşları qeyri-qanuni silahlarını polis bölmələrinə könüllü təhvil verməyə çağırıb.
Trend xəbər verir ki, A.Vuçiç qanunsuz silahların bir ay müddətinə polis bölmələri tərəfindən qəbul ediləcəyini, verilən müddət bitdikdən sonra isə polisin evlərə basqın etməyə başlayacağını deyib. Qanunsuz silahlanmanın 90 faiz azaldılmasını hədəflədiklərini qeyd edən Serbiya Prezidenti silah əldə etmək icazəsi olan 50 min nəfərin isə davamlı yoxlamalardan keçəcəyini bildirib.
Bundan başqa, Serbiya ərazisindəki 1800 məktəbdə bu gündən etibarən iki polis əməkdaşı xidmətə başlayıb. Həmçinin polislərin meydanlarda, əsas küçələrdə, qatar və avtobus stansiyaları kimi insanların çox olduğu yerlərdə xidmət apardığı bildirilib.