...

Türkiyədə prezident və parlament seçkilərində açıq-aydın öndəyik - AKP-nin sədr müavini

Dünya xəbərləri Materials 14 May 2023 23:05 (UTC +04:00)
Türkiyədə prezident və parlament seçkilərində açıq-aydın öndəyik - AKP-nin sədr müavini
Humay Ağacanova
Humay Ağacanova
Bütün xəbərlər

Bakı. Trend:

Prezident və parlament seçkilərində açıq-aydın öndəyik.

Trend-in məlumatına görə, bunu Ədalət və İnkişaf partiyasının(AKP) sədr müavini Ali İhsan Yavuz deyib.

Xatırladaq ki, bu gün Türkiyədə prezident və parlament seçkiləri keçirilib.

Türkiyə prezidenti, Ədalət və İnkişaf Partiyasının (AK Parti) rəhbəri Rəcəb Tayyib Ərdoğan, Ata İttifaqının namizədi Sinan Oğan və Cumhuriyyət Xalq Partiyasının (CHP) sədri Kamal Kılıçdaroğlunun namizədliyi təsdiqlənib.

Bununla yanaşı Türkiyə Böyük Millət Məclisinə 87 seçki dairəsində 600 millət vəkili seçiləcək. Seçkilərdə 24 partiya və 151 müstəqil namizəd iştirak edib.

Türkiyə ərazisində 191 mindən çox seçki qutusu qurulub. Ölkə daxilində 60 milyon 697 min 843 seçici qeydə alınıb. Onlardan 5 milyona yaxını ilk dəfə səs verənlərdir.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti