...

Vellinqtonda hosteldə baş verən yanğın nəticəsində azı 10 nəfər ölüb

Dünya xəbərləri Materials 16 May 2023 07:18 (UTC +04:00)
Vellinqtonda hosteldə baş verən yanğın nəticəsində azı 10 nəfər ölüb

Bakı. Trend:

Yeni Zelandiyanın paytaxtı Vellinqtondakı hosteldə baş verən yanğında azı 10 nəfər həlak olub, daha bir neçə nəfər itkin düşüb.

Trend xəbər verir ki, hüquq-mühafizə orqanlarının əməkdaşlarının sözlərinə görə, yanğınsöndürənlər yanan binadan 52 nəfəri xilas edə bilib.

Hadisənin başvermə səbəbi barədə dəqiq məlumat verilmir.

Yanğın zamanı azı 24 nəfərin xəsarət aldığı bildirilir. Onların əksəriyyətinə yerində tibbi yardım göstərilib, dörd nəfər isə Vellinqton xəstəxanasına aparılıb. Üç nəfərin vəziyyəti stabildir, dördüncüsü isə sonradan reanimasiyaya yerləşdirilib.

Vellinqtonun mərkəzi yaxınlığında yerləşən hosteldə yanğının söndürülməsinə 20-dən çox yanğınsöndürmə briqadası cəlb olunub.

Yanğın söndürülüb, hadisə yerində axtarış-xilasetmə işləri davam etdirilir.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti