...

Sinan Oğanın seçkilərin ikinci turunda dəstəkləyəcəyi namizəddən tələb edəcəyi beş şərt açıqlanıb

Dünya xəbərləri Materials 16 May 2023 13:03 (UTC +04:00)
Sinan Oğanın seçkilərin ikinci turunda dəstəkləyəcəyi namizəddən tələb edəcəyi beş şərt açıqlanıb

Bakı. Trend:

Türkiyənin Ata İttifaqının prezidentliyə namizədi Sinan Oğan seçkilərin ikinci turunda dəstəkləyəcəyi namizəddən tələb edəcəyi şərtləri açıqlayıb.

Trend TurkicWorld-a istinadən xəbər verir ki, o, seçiləcək namizəddən beş şərt tələb edəcək.

Sinan Oğanın tələb edəcəyi şərtlər bunlardır:

- Konstitusiyanın ilk dörd maddəsinin dəyişməzliyi;

- 66-cı maddədə göstərilən türklüyün konstitusiyadan çıxarılması cəhdinin qarşısının alınması;

- Türkiyədə olan 13 milyon qaçqının öz ölkəsinə göndərilməsi;

- Ölkəni iqtisadi böhranın əsas səbəblərindən, faizdən, inflyasiyadan xilas etmək;

- Terror təşkilatları ilə onların siyasi strukturları arasına məsafə qoymaq.

Qeyd edək ki, Türkiyədə mayın 14-də prezident və parlament seçkiləri keçirilib.

Seçkilərdə Türkiyə prezidenti, Ədalət və İnkişaf Partiyasının (AK Parti) rəhbəri Rəcəb Tayyib Ərdoğan 49,50%, Cümhuriyyət Xalq Partiyası (CHP) namizədi Kamal Kılıçdaroğlu 44,89 %, Ata İttifaqı namizədi Sinan Oğan 5,17%, Memleket Partiyasının namizədi Muharrem İncə isə 0,44% səs toplayıblar.

Prezident seçkilərində heç bir namizəd 50 %-dən çox səs toplamadığı üçün seçilmək hüququ qazanmayıb və 28 may tarixində Türkiyədə prezident seçkilərinin ikinci turu keçiriləcək.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti