...

Türkiyədə 3,7 milyona yaxın suriyalı miqrantı yaşayır - Çavuşoğlu

Dünya xəbərləri Materials 23 May 2023 23:54 (UTC +04:00)
Türkiyədə 3,7 milyona yaxın suriyalı miqrantı yaşayır - Çavuşoğlu

Bakı. Trend:

Türkiyədə təxminən 3,7 milyon suriyalı miqrant var.

Trend-in məlumatına görə, bunu Türkiyənin xarici işlər naziri Mövlud Çavuşoğlu Cümhuriyyət Xalq Partiyasının (CHP) sədri Kamal Kılıçdaroğlunun ölkədə 10 min suriyalı miqrantın yaşadığı barədə iddiasına münasibət bildirərkən deyib.

Nazir qeyd edib ki, BMT-nin məlumatına əsasən, Türkiyədə Suriyadan olan təxminən 3,7 milyon miqrant yaşayır. M.Çavuşoğlu Kılıçdaroğlunun iddialarının yalan olduğunu bildirib. M.Çavuşoğlu onu da bildirib ki, Türkiyədə iqtidarı hədəfləyən şəxs dəqiq rəqəmlər verildiyi halda yalan danışmamalıdır.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti