...

Ermənistandan Avropaya 80 kq heroin aparan İran vətəndaşı saxlanıldı

Dünya xəbərləri Materials 25 May 2023 11:38 (UTC +04:00)
Ermənistandan Avropaya 80 kq heroin aparan İran vətəndaşı saxlanıldı

Bakı. Trend:

Gürcüstan polisi Ermənistandan keçməklə Avropaya külli miqdarda heroin aparmağa çalışan İran vətəndaşını saxlayıb.

Trend xəbər verir ki, bu barədə Gürcüstan Daxili İşlər Nazirliyinin (DİN) Mərkəzi Kriminal Polis Departamentinin direktoru Teymuraz Kuptadze keçirdiyi brifinqdə məlumat verib. O, bildirib ki, qurumun əməkdaşlarının Poti limanında Maliyyə Nazirliyi ilə birlikdə həyata keçirdiyi kompleks əməliyyat istintaq tədbirləri çərçivəsində İran vətəndaşı olan1961-ci il təvəllüdlü B. T.-nin idarə etdiyi şübhəli yük maşınına baxış keçirilərkən, yük maşınının arxa qapılarında gizlədilmiş 315 bağlamada 80 kiloqramadək heroin aşkarlanaraq dəlil kimi götürülüb.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti