...

Ukraynaya müharibədən sonra bərpa üçün 400 milyard dollar lazım olacaq - Nazir müavini

Dünya xəbərləri Materials 29 May 2023 17:59 (UTC +04:00)
Emin Əliyev
Emin Əliyev
Bütün xəbərlər

Leypsiq. Trend:

Ukraynaya müharibədən sonra bərpa üçün 400 milyard dollar lazım olacaq.

Trend xəbər verir ki, bunu Ukraynanın icmaların, ərazilərin və infrastrukturun inkişafı nazirinin müavini Sergey Derkaç 24-26 may 2023-cü il tarixlərində Almaniyanın Leyspiq şəhərində keçirilən Beynəlxalq Nəqliyyat Forumunun illik sammitinin kuluarlarında deyib.

"Dünya Bankı hesablayıb ki, Ukraynaya müharibə nəticəsində dəymiş zərər 130 milyard dolları ötüb. Yenidənqurma üçün isə bizə 400 milyard dollardan çox lazım olacaq. Bu zərərlər hər gün yetirilir", - nazir müavini deyib.

Onun sözlərinə görə, Ukraynada mülki infrastruktur hazırda daha çox zərər görüb.

"8 milyondan çox insan ölkəni tərk edib. Ölkəmizdə 6 milyon daxili köçkün var. Əsas vəzifəmiz bütün insanları evlərinə qaytarmaqdır. Lakin onları evlərinə qaytarmaq üçün bizə yaxşı yollar, sərhəd keçid məntəqələri, buraxılış imkanları lazımdır, onların evlərini bərpa etməliyik. Bütün bu obyektlər müharibə bitəndə deyil, elə indi bərpa olunmalıdır", - S.Derkaç deyib.

(Tərcümə: Rəna Əbdürəhmanova)

Xəbər lenti

Xəbər lenti