Bakı. Trend:
2023-cü ilin yanvar-may aylarında Türkiyənin kimyəvi maddə ixracı ötən ilin eyni dövrü ilə müqayisədə 10,5 faiz azalaraq, 12,3 milyard dollara bərabər olub.
Trend xəbər verir ki, bu barədə TurkicWorld-ə Türkiyə Ticarət Nazirliyindən bildiriblər.
“Bu ilin may ayında Türkiyə 2,5 milyon dollar məbləğində kimyəvi maddə ixrac edib ki, bu da keçən ilin may ayı ilə müqayisədə 12 faiz azdır” – deyə nazirlikdən bildirilib.
Qeyd olunub ki , son 12 ay ərzində (may 2022-may 2023) Türkiyə 32,1 milyard dollar məbləğində kimyəvi maddə ixrac edib.