...

Fransada zəlzələ bir neçə şəhərdə dağıntılara səbəb olub

Dünya xəbərləri Materials 17 İyun 2023 14:28 (UTC +04:00)

Bakı. Trend:

Cümə günü axşam baş vermiş minimum 5,3 maqnitudalı zəlzələ nəticəsində Fransanın qərbində onlarla ev və bir neçə kilsə dağılıb.

Trend xəbər verir ki, Deux-Sevr departamentinin prefekturası bu barədə şənbə günü səhər məlumat yayıb.

Departament rəsmilərinin məlumatında bir nəfərin yüngül xəsarət aldığı və ona tibbi yardım göstərildiyi qeyd olunur. Zəlzələ mühüm maddi zərərə, o cümlədən daşların tökülməsinə, çatlara və damların qismən uçmasına səbəb olub.

Təhlükəsizliyi təmin etmək məqsədilə 35 nəfər müvəqqəti olaraq qohumlarının evlərinə və ya xüsusi şəhər meriyası tərəfindən ayrılan binalara köçürülüb.

Səhər saat 04:27-də seysmoloqlar ilkin zəlzələ rayonunda daha bir yeraltı təkan qeydə alıblar. Zəlzələnin maqnitudası 5,3-5,8 olaraq qiymətləndirilir.

Xəbər lenti

Xəbər lenti