...

İsveçrədə anti-COVID qanununun müddətinin uzadılması ilə bağlı referendum keçiriləcək

Dünya xəbərləri Materials 18 İyun 2023 05:05 (UTC +04:00)

Bakı. Trend:

İyunun 18-də İsveçrədə anti-COVID qanununun müddətinin uzadılması ilə bağlı referendum keçiriləcək.

Trend xəbər verir ki, sənəd bu xəstəliyə qarşı dərman vasitələrinin ölkəyə idxalının davam etdirilməsi və zəruri hallarda peyvənd sertifikatlarının verilməsi üçün hüquqi əsas yaradır.

İsveçrə vətəndaşları ümummilli referendumda ölkənin COVID-19 ilə mübarizə aparmaq üçün qanuna ehtiyac olub-olmaması ilə bağlı səs verəcəklər, çünki xəstəlik artıq beynəlxalq fövqəladə hal deyil.

Həmçinin səsvermə bülletenində iqlimi qorumaq məqsədilə evləri qızdırmaq üçün çirkləndirici enerji mənbələrini mərhələli şəkildə ləğv edən qanunlar və hökumətin iri transmilli korporasiyalara ən azı 15 faiz vergi tətbiq etmək planı var.

Xəbər lenti

Xəbər lenti