...

Türkiyənin ixracatını 265 milyard dollara çatdırmağı planlaşdırırıq - Ərdoğan

Dünya xəbərləri Materials 18 İyun 2023 19:19 (UTC +04:00)

Bakı. Trend:

2023-cü ilin sonuna qədər Türkiyənin ixracatını 265 milyard dollara, gələn ilin sonuna isə 285 milyard dollara çatdırmağı planlaşdırırıq

Trend-in məlumatına görə, bunu Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan deyib.

"Qlobal iqtisadiyyatdakı mənfi tendensiyalara baxmayaraq, biz 2023-cü ilin sonuna qədər Türkiyənin ixracatını 265 milyard dollara, gələn ilin sonuna isə 285 milyard dollara çatdırmağı planlaşdırırıq", - deyə R.T.Ərdoğan bildirib.

Dövlət başçısı qeyd edib ki, xidmət ixracı ötən il 47,3 faiz artaraq 90 milyard dollara çatıb.

Türkiyə prezidenti ölkənin müdafiə sənayesində əldə olunan nailiyyətlərə də diqqət yetirib. “Ötən il xaricə müdafiə təyinatlı məhsulların tədarükü 37 faiz artaraq 4,3 milyard dollara çatıb", - deyə o əlavə edib.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti