...

Ercan Hava Limanının yeni terminalı iyul ayının 20-də istifadəyə veriləcək– Cevdet Yılmaz

Dünya xəbərləri Materials 18 İyun 2023 21:29 (UTC +04:00)
Ercan Hava Limanının yeni terminalı iyul ayının 20-də istifadəyə veriləcək– Cevdet Yılmaz

Bakı. Trend:

Şimali Kipr Türk Respublikasındakı (KKTC) Ercan Hava Limanının yeni terminalı iyul ayının 20-də istifadəyə veriləcək.

Trend TurkicWorld-a istinadən xəbər verir ki, bu barədə Türkiyənin vitse-prezidenti Cevdet Yılmaz bildirib.

Qeyd edək ki, KKTC Baş naziri Ünal Üstel, Türkiyənin Lefkoşa səfiri Metin Feyzioğlu vitse-prezident Cevdet Yılmazı müşaiyət ediblər.

"Rəcəb Tayyib Ərdoğan ötən günlərdə baş tutan səfəri zamanı bu layihənin tamamlanmalı olduğunu çox açıq şəkildə ifadə edib”, – deyə Yılmaz qeyd edib.

O bildirib ki, terminal binasında araşdırmalar apararaq, bəzi texniki məsələlər üzrə görüşlər keçiriləcək.

Xatırladaq ki, Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan prezident seçildikdən sonra ilk səfərini KKTC-yə edib.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti