Bakı. Trend:
Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan İsveçin NATO-ya üzvlük protokolunun ən qısa zamanda Böyük Millət Məclisinə göndərilməsinə razılıq verib.
Trend xəbər verir ki, bu barədə NATO-nun Baş katibi Yens Stoltenberq tviterdə yazıb.
"Mən elan etməyə şadam ki, Prezident Ərdoğan İsveçin üzvlük protokolunun ən qısa zamanda Böyük Millət Məclisinə göndərilməsinə razılıq verib. Bu bütün NATO müttəfiqlərini daha güclü və təhlükəsiz edən tarixi addımdır”, - Stoltenberq qeyd edib.
İsveç Aİ-nin üzvü kimi aktiv səylər göstərəcəyini, Türkiyənin Aİ-yə daxil olması prosesini intensivləşdirəcəyini, Türkiyə ilə Aİ arasında gömrük ittifaqının modernləşdirilməsinə kömək edəcəyini və vizasız rejimlə bağlı danışıqların intensivləşdirilməsini vəd edib.