...

Tacikistan və Əfqanıstan sərhədində güclü zəlzələ olub

Dünya xəbərləri Materials 14 İyul 2023 07:38 (UTC +04:00)
Fərid Zöhrabov
Fərid Zöhrabov
Bütün xəbərlər

Bakı. Trend:

Tacikistan və Əfqanıstan sərhədində 5,7 maqnitudalı zəlzələ olub.

Trend xəbər verir ki, bu barədə Qazaxıstan Fövqəladə Hallar Nazirliyinin seysmoloji eksperimental-metodiki ekspedisiyası məlumat yayıb.

Məlumata görə, yeraltı təkanlar Bakı vaxtı ilə 00:49-da qeydə alınıb. Təbiət hadisəsinin episentri Almatı şəhərindən 823 km məsafədə yerləşib. Zəlzələnin ocağı 35 km dərinlikdə olub.

Dağıntı və tələfat barədə məlumat verilməyib.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti