...

GÜNSEL Ərdoğanın iştirakı ilə nümayiş etdirildi

Dünya xəbərləri Materials 21 İyul 2023 11:44 (UTC +04:00)
GÜNSEL Ərdoğanın iştirakı ilə nümayiş etdirildi

Bakı. Trend:

Şimali Kipr Türk Respublikasının yerli avtomobili GÜNSEL Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğanın iştirakı ilə Kipr Sülh Hərəkatının 49-cu ildönümü ilə bağlı tədbirdə nümayiş etdirilib.

Trend TurkicWorld-ə istinadən xəbər verir ki, mərasimdə KKTC Prezidenti Ersin Tatar, Türkiyənin xarici işlər naziri Hakan Fidan, enerji və təbii sərvətlər naziri Alparslan Bayraktar, milli müdafiə naziri Yaşar Güler, mədəniyyət və turizm naziri Mehmet Ersoy, Milliyətçi Hərəkat Partiyasının (MHP) sədri Devlet Bahçeli və millət vəkilləri iştirak edib.

Məlumata əsasən, mərasimdə çıxış edən GÜNSEL İdarə Heyətinin sədri Prof. Dr. İrfan Suat Günsel bildirib ki, Türkiyənin dəstəyi ilə yerli avtomobil istehsal etmək Şimali Kipr Türk Cümhuriyyətinin dünya miqyasında tanınması istiqamətində atılacaq ən güclü addımlardan biri olacaq.

Qeyd edək ki, Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan Şimali Kipr Türk Respublikasına səfəri çərçivəsində Ercan Hava Limanının açılış mərasimində də iştirak edib.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti