...

Beynəlxalq hüquq qarşısında nifrət cinayətlərinə qarşı ortaq mübarizə zəminini yaratmalıyıq – Cevdet Yılmaz

Dünya xəbərləri Materials 27 İyul 2023 01:33 (UTC +04:00)
Beynəlxalq hüquq qarşısında nifrət cinayətlərinə qarşı ortaq mübarizə zəminini yaratmalıyıq – Cevdet Yılmaz
Humay Ağacanova
Humay Ağacanova
Bütün xəbərlər

Bakı. Trend:

Beynəlxalq hüquq qarşısında nifrət cinayətlərinə qarşı ortaq mübarizə zəminini yaratmalıyıq.

Trend TurkicWorld-a istinadən xəbər verir ki, bu barədə Türkiyənin vitse-prezidenti Cevdet Yılmaz deyib.

"Ksenofobiya və irqçilik Avropa Birliyinin gələcəyini formalaşdırmamalıdır. Hansı dinə mənsub olmağımızdan asılı olmayaraq, biz nifrət cinayətlərinə qarşı həmrəy olmalı və beynəlxalq hüquq çərçivəsində bu tip nifrət cinayətlərinə qarşı ortaq mübarizə zəminini yaratmalıyıq.” – deyə Cevdet Yılmaz bildirib.

Yılmaz Birləşmiş Millətlər Təşkilatının Baş Assambleyasında müqəddəs kitablara qarşı zorakılığı beynəlxalq hüququn pozulması kimi tanıyan qətnamə layihəsinin qəbulunu müsbət hal kimi qiymətləndirdiklərini bildirib.

Xatırladaq ki, iyulun 25-də Birləşmiş Millətlər Təşkilatının Baş Assambleyasında müqəddəs kitablara qarşı zorakılığı beynəlxalq hüququn pozulması kimi tanıyan və bu cür hərəkətləri kəskin şəkildə pisləyən qətnamə layihəsi qəbul edilib.

Məlumat üçün qeyd edək ki, iyunun 28-də İraqdan olan 37 yaşlı mühacir Salvan Momika Stokholmun mərkəzindəki məscid yaxınlığında Quran yandırmaq aksiyası keçirib.

Momika iyulun 20-də İraqın Stokholmdakı səfirliyinin qarşısında polisin mühafizəsi altında Quranı və İraq bayrağını tapdalayıb.

Danimarkada iyulun 22-də İraqın Kopenhagendəki səfirliyi qarşısında Quran yandıran qrup, iyulun 24-də İran və İraq səfirliyi qarşısında Quranı yandırıb.

Qrup daha əvvəl Türkiyənin Kopenhagendəki səfirliyi qarşısında Türkiyə bayrağına və Qurana hücum edərək İslamı təhqir etmişdi.

Danimarkada İslam əleyhdarı və ifrat millətçi “Danske Patrioter (Danimarka Patriotları)” qruplaşmasının üzvləri bu gün Misirin, daha sonra Türkiyənin Kopenhagendəki səfirliyinin qarşısında Quranı yandırıblar.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti