Bakı. Trend:
Qırğızıstanın Türkiyədəki səfiri Ruslan Kazakbayev və Türkiyənin təhsil naziri Yusuf Tekin arasında görüş keçirilib.
Trend-in TurkicWorld-a istinadən məlumatına görə, tərəflər görüş zamanı elm və təhsil sahəsində ikitərəfli Qırğızıstan-Türkiyə əməkdaşlığının aktual məsələlərini, Qırğızıstan dili və ədəbiyyatı müəllimlərinin Van vilayətinə göndərilməsini nəzərdə tutan protokol barədə müzakirələr aparıb.
R.Kazakbayev Türkiyənin Maarif Vəqfinin Qırğızıstandakı təhsil müəssisəsinin fəaliyyətini müsbət qiymətləndirərək ölkənin bütün bölgələrində əlavə məktəblərin açılacağına ümid etdiyini bildirib.
Daha sonra tərəflər yaxın zamanda nazirlik səviyyəsində Qırğızıstan və Türkiyəyə qarşılıqlı səfərlərin təşkili barədə razılığa gəliblər.