...

Şimali Kiprin yanında olmağa davam edəcəyik - Türkiyənin ticarət naziri Ömər Bolat

Dünya xəbərləri Materials 8 Avqust 2023 11:01 (UTC +04:00)
Şimali Kiprin yanında olmağa davam edəcəyik - Türkiyənin ticarət naziri Ömər Bolat

Bakı. Trend:

Türkiyənin ticarət naziri Ömər Bolatla Şimali Kipr Türk Respublikasının iqtisadiyyat və enerji naziri Olqun Amcaoğlu arasında Ankarada görüş keçirilib.

Trend-in TurkicWorld-a istinadən xəbərinə görə, bu barədə Ömer Bolat məlumat verib.

Nazir bildirib ki, Türkiyə istər siyasi, istərsə də iqtisadi baxımdan Şimali Kipr Türk Respublikasının yanında olmağa davam edəcək.

Bundan əlavə, tərəflər iki ölkə arasında qarşılıqlı ticarət həcminin artırılması yollarını müzakirə ediblər.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti