...

Türkiyədə könüllülər zəlzələ və fəlakətlərdə erkən xilasetmə fəaliyyəti göstərəcək

Dünya xəbərləri Materials 9 Avqust 2023 19:19 (UTC +04:00)
Türkiyədə könüllülər zəlzələ və fəlakətlərdə erkən xilasetmə fəaliyyəti göstərəcək

Bakı. Trend:

Milli Tibbi Xilasetmə Qrupu (UMKE) könüllüləri zəlzələ və fəlakətlərdə erkən xilasetmə fəaliyyətləri həyata keçirəcəklər.

Trend-in TurkicWorld-ə istinadən məlumatına görə, bu barədə Türkiyənin Səhiyyə naziri Fəhrəttin Koca deyib.

F.Koca nazirliyin Bilkent şəhərciyində 7-13 avqust Milli Tibbi Xilasetmə Qrupu (UMKE) Həftəsi münasibətilə keçirilən və 81 vilayətdən UMKE könüllülərinin qatıldığı proqramda iştirak edib.

Səhiyyə naziri qeyd edib ki, formalaşacaq "ATAK" strukturu ilə UMKE könüllülərinə milli və beynəlxalq sertifikatlı təlimlər, zəlzələ və digər fəlakətlərdə erkən xilasetmə fəaliyyətləri həyata keçiriləcək.

"Bu gün 30 bölgə və 81 vilayətdə təşkil edilmiş 15 min 200 UMKE könüllü səhiyyə işçimiz var. Bütün UMKE könüllülərimiz Ümumdünya Səhiyyə Təşkilatının Beynəlxalq EMT Tip 2 yoxlamasına malikdirlər”, - deyə nazir bildirib.

O əalvə edib ki, dünyada nadir görülən bu könüllü hərəkatı həm axtarış xilasetmə, həm də tibbi dəstək verən bir sistemə çevriləcək.

Qeyd edək ki, fevralın 6-da Kahramanmaraşda baş verən zəlzələlərdə 5 332 UMKE əməkdaşları zəlzələ bölgələrində axtarış-xilasetmə işləri aparıb.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti