...

Türkiyənin Şimali Kiprə avtomobil sənayesi məhsulları ixracının həcmi açıqlandı

Dünya xəbərləri Materials 14 Avqust 2023 11:51 (UTC +04:00)
Türkiyənin Şimali Kiprə avtomobil sənayesi məhsulları ixracının həcmi açıqlandı

Bakı. Trend:

Türkiyə 2023-cü ilin yanvar-iyul aylarında Şimali Kipr Türk Respublikasına avtomobil sənayesi məhsulları ixracını ötən ilin eyni dövrü ilə müqayisədə 63,1 faiz artıraraq, 24,9 milyon dollara çatdırıb.

Trend xəbər verir ki, bu barədə TurkicWorld-ə Türkiyə Ticarət Nazirliyindən məlumat verilib.

İyul ayında Türkiyə Şimali Kipr Türk Respublikasına avtomobil sənayesi məhsulları ixracatını 2022-ci ilin eyni ayı ilə müqayisədə 108,3 faiz azaldaraq, 3 milyon dollara çatdırıb.

Qeyd edək ki, 2023-cü ilin yanvar-iyul aylarında Türkiyənin avtomobil sənayesi məhsulları ixracı ötən ilin eyni dövrü ilə müqayisədə 16 faiz artaraq, 20,1 milyard dollara çatıb.

Bu ilin iyul ayında Türkiyə 2,7 milyard dollar məbləğində avtomobil sənayesi məhsulları ixrac edib ki, bu da keçən ilin iyul ayı ilə müqayisədə 33,2 faiz çoxdur.

Son 12 ay ərzində (iyul 2022-iyul 2023) Türkiyə 33,7 milyard dollar məbləğində avtomobil sənayesi məhsulları ixrac edib.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti