...

ECOWAS-ın Nigerə istənilən müdaxiləsi işğal sayılacaq - üsyançıların lideri

Dünya xəbərləri Materials 20 Avqust 2023 01:55 (UTC +04:00)
ECOWAS-ın Nigerə istənilən müdaxiləsi işğal sayılacaq - üsyançıların lideri

Bakı. Trend:

Qərbi Afrika İqtisadi Birliyinin (ECOWAS) Nigerə hər hansı müdaxiləsi işğal kimi qiymətləndiriləcək.

Trend-in məlumatına görə, bu barədə Niger hərbi üsyançıları tərəfindən yaradılan Vətənin Xilaskarlığı Milli Şurasının rəhbəri general Abdurahman Tçiani deyib.

"ECOWAS ölkələrinin hər hansı müdaxiləsini işğal kimi qiymətləndirəcəyik", - deyə o bildirib.

Onun sözlərinə görə, ECOWAS-ın Nigerə qarşı sanksiyaları qeyri-qanunidir, qeyri-insanidir və ölkəni və onun xalqını bölmək məqsədi daşıyır.

"ECOWAS-ın sanksiyaları institutlarımızı fəaliyyətdə saxlamaq üçün lazım olan vəsaitdən məhrum edir. Onlar həll yolu tapmaq üçün deyil, bizi özlərinə tabe etdirmək üçün yaradılıb. Amma biz buna imkan verməyəcəyik", - deyə o əlavə edib.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti