...

Türkiyə bu iddiaları təkzib etdi

Dünya xəbərləri Materials 24 Avqust 2023 14:45 (UTC +04:00)
Türkiyə bu iddiaları təkzib etdi

Bakı. Trend:

Türkiyə Milli Müdafiə Nazirliyi Liviyanın Homs hərbi dəniz limanının türklərə verilməsi ilə bağlı iddiaları təkzib edib.

Trend-in TurkicWorld-ə istinadən məlumatına görə, Liviya səlahiyyətliləri tərəfindən 5 avqust 2023-cü ildə Homs hərbi dəniz limanı ərazisində mülki əhalinin ölkədən çıxarılması qərarı verilib.

Bölgəni tərk etmək istəməyənlərdə fərqli təsəvvürlər yaratmaq məqsədilə ictimaiyyətdə, Homs hərbi dəniz limanının sözügedən hissəsinin guya türklərə verilməsi ilə bağlı əsassız iddialar irəli sürülüb.

Türkiyə Milli Müdafiə Nazirliyi bu əsassız iddiaları təkzib edib.

"Liviya səlahiyyətlilərinin verdiyi qərarın bizim fəaliyyətimizlə heç bir əlaqəsi yoxdur. Limanın boşaldılması ilə bağlı məsələdə bizim adımızdan sadəcə sui-istifadə edilib",- deyə nazirlikdən bildirilib.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti