...

Hindistanın Aya göndərdiyi kosmik cihaz tədqiqat işlərinə başlayıb

Dünya xəbərləri Materials 25 Avqust 2023 05:46 (UTC +04:00)
Hindistanın Aya göndərdiyi kosmik cihaz tədqiqat işlərinə başlayıb

Bakı. Trend:

Hindistanın “Çandrayaan-3” avtomatik stansiyası tərəfindən bir gün əvvəl Aya çatdırılan “Praqyan” lunoxodu Yerin peykinin səthində tədqiqatlara başlayıb.

Trend-in məlumatına görə, bu barədə Hindistan Kosmik Tədqiqatlar Təşkilatı (ISRO) cümə axşamı bildirib.

“Bütün sistemlər (enişdən sonra) normaldır. Roverin hərəkəti başlayıb”, - deyə məlumatda qeyd olunur.

Bundan əvvəl ISRO məlumat vermişdi ki, Aysal roveri çərşənbə günü Aya enən "Çandrayaan-3" avtomatik planetlərarası stansiyasının Vikram eniş aparatının platformasından ayrılıb.

Müxtəlif tədqiqat avadanlığı ilə təchiz edilmiş “Praqyan” Aysal roveri Yerin peykinin səthinin kimyəvi analizini aparacaq. Çəkisi 20 kq olan roverin missiyası Yer təqvimi ilə 14 gün üçün nəzərdə tutulub.

LVM3 raketinin “Çandrayaan-3” avtomatik planetlərarası stansiyası ilə buraxılışı iyulun 14-də Şriharikota adasında yerləşən Satish Dhawan Kosmik Mərkəzinin buraxılış meydançasından həyata keçirilib. Avqustun 5-də stansiya Ayın orbitinə buraxılıb.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti