Bakı. Trend:
Moskva Ermənistanın baş naziri Nikol Paşinyanın İtaliyanın "La Republica" qəzetinə müsahibəsində verdiyi açıqlamalardan son dərəcə narazıdır.
Trend xəbər verir ki, bu barədə diplomatik mənbədən "TASS" agentliyinə məlumat verilib.
Məlumata görə, Moskva Ermənistan rəhbərliyinin ictimaiyyətə son açıqlamalarından, o cümlədən Ermənistanın baş naziri Nikol Paşinyanın İtaliyanın "La Republica" qəzetinə müsahibəsində səsləndirdiyi fikirlərdən son dərəcə narazıdır.
Bundan başqa, Ermənistanın Xarici İşlər Nazirliyinin 31 avqust tarixində verdiyi bəyanatla öz səhvlərinə görə məsuliyyəti Rusiyanın üzərinə yıxmağa çalışdığı qeyd olunub.
"İrəvandan istifadə etməklə Rusiyanı Cənubi Qafqazdan süni şəkildə sıxışdırıb çıxarmağa çalışırlar", - mənbədən bildiriblər.
Qeyd edək ki, Paşinyan müsahibəsi zamanı vurğulayıb ki, Rusiya gələcəkdə Cənubi Qafqazda olmaya bilər