...

Braziliyanın cənubunda 20-dən çox insan siklonun fəsadları nəticəsində ölüb

Dünya xəbərləri Materials 6 Sentyabr 2023 02:44 (UTC +04:00)

Bakı. Trend:

Braziliyanın cənub bölgələrində baş verən ekstratropik siklonun fəsadları nəticəsində azı 22 nəfər ölüb.

Trend-in məlumatına görə, bu barədə "O Globo" qəzeti yerli hakimiyyətə istinadən bildirib.

Məlumata əsasən, Rio-Qrande-du-Sul ştatında 21, qonşu Santa Katarina ştatında isə daha 1 nəfər təbii fəlakət nəticəsində həlak olub.

Qeyd olunub ki, leysan nəticəsində bəzi yerlərdə çaylarda suyun səviyyəsi 20 metr qalxıb ki, bu da irimiqyaslı daşqınlara səbəb olub.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti