Bakı. Trend:
Ukrayna Ali Radası prezident Volodimir Zelenskinin təklifi ilə Rustem Umerovu yeni müdafiə naziri təyin edib.
Trend xəbər verir ki, bu barədə Ukrayna Ali Radasının deputatı Yaroslav Jeleznyak məlumat verib.
Məlumata görə, Rustem Umerov 338 səs çoxluğu ilə Ukraynanın yeni müdafiə naziri seçilib.
Rustem Umerov 2019-2022-ci illərdə Ukrayna Ali Radasının IX çağırışının xalq deputatı kimi, 2022-ci ildən etbarən isə Ukraynanın Dövlət Əmlak Fondunun sədri kimi fəaliyyət göstərib.
Qeyd edək ki, Ali Rada sentyabrın 5-i müdafiə naziri Aleksey Reznikovun istefasını qəbul edib.