...

Ermənistanda Rusiyanı nüfuzdan salan qərbyönümlü media strukturlarının sayının artmasından narahatıq - Zaxarova

Dünya xəbərləri Materials 8 Sentyabr 2023 12:39 (UTC +04:00)
Rəna Əbdürəhmanova
Rəna Əbdürəhmanova
Bütün xəbərlər

Bakı. Trend:

Ermənistanda Rusiyanı nüfuzdan salan qərbyönümlü media strukturlarının sayı artıb.

Trend xəbər verir ki, bunu Rusiya Xarici İşlər Nazirliyinin mətbuat katibi Mariya Zaxarova İrəvanda keçirilən Rusiya-Ermənistan media forumunun iştirakçılarına ünvanladığı müraciətdə bildirib.

O, həmçinin, Ermənistanda Kollektiv Təhlükəsizlik Müqaviləsi Təşkilatına (KTMT) və Avrasiya İqtisasi Birliyinə "çirkab atan" informasiya resurslarının olduğunu qeyd edib.

"Ermənistanda ölkəmizi və əlaqələrimizi nüfuzdan salmağa yönəlmiş qərbyönümlü media strukturlarının sayının artması bizi narahat edir. Çox vaxt qarşıdurma tərzində olan və Rusiyanın regiondakı konstruktiv rolunu şübhə altına alan neqativ mesajları müşahidə edirik.

Əfsuslar olsun ki, Ermənistanda ümumi dövlətlərarası qarşılıqlı əlaqə mexanizmlərimizi, o cümlədən, KTMT və Avrasiya İqtisadi Birliyini tənqid edən deyil, üzr istəyirəm, açıq şəkildə çirkab atan informasiya resursları mövcuddur", - Zaxarova deyib.

Zaxarova bu gün Ermənistanın informasiya məkanında Rusiya və Rusiya-Ermənistan münasibətləri haqqında birtərəfli, mənfi, çox vaxt isə həqiqətə uyğun olmayan informasiyaların yayılmasının Rusiyanı narahat etdiyini bildirib.

Zaxarova bu təbliğatın Qərb tərəfindən maliyyələşdiriliyini deyib.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti