Bakı. Trend:
Suriyadan Türkiyə ərazisinə və Türkiyədən Yunanıstana qanunsuz keçməyə cəhd edən yeddi nəfər Türkiyə sərhəd qoşunları tərəfindən yaxalanıb.
Trend xəbər verir ki, bu barədə Türkiyənin Milli Müdafiə Nazirliyindən bildirilib.
Qeyd olunub ki, araşdırmalar nəticəsində ələ keçirilən şəxslərdən 3-nün FETÖ, 1-nin isə İŞİD terror təşkilatı üzvü olduğu müəyyən edilib.