Bakı. Trend:
Ermənistan ordusunun sentyabrın 12-də ölən əsgəri Aleks Avanesyanın intihar etdiyi məlum olub.
Trend xəbər verir ki, bu barədə ölkənin İstintaq Komitəsi məlumat yayıb.
Bildirilib ki, əsgərin intihar etməsi ilkin versiyadır, istintaq davam edir.
Xatırladaq ki, A.Avanesyanın meyiti xidmət etdiyi hərbi hissənin ərazisindən aşkarlanıb. O, odlu silahdan aldığı yara nəticəsində ölüb.
Faktla bağlı Ermənistanın Cinayət Məcəlləsinin ehtiyatsızlıqdan hərbçini intihara sövq etmə maddəsi ilə cinayət işi başlanıb.
xxx
09:26
Ermənistan Müdafiə Nazirliyinin N saylı hərbi hissəsinin əsgəri Aleks Sureni Avanesyan aldığı güllə yarasından ölüb.
Trend xəbər verir ki, bu barədə Ermənistanın Müdafiə Nazirliyi məlumat yayıb.
Bildirilib ki, hadisə ilə bağlı araşdırma aparılır.