...

İrəvandakı qərarlara görə təqsiri Rusiyanın üzərinə atmaq lazım deyil - Zaxarova

Dünya xəbərləri Materials 13 Sentyabr 2023 10:04 (UTC +04:00)
Kamran Qasımov
Kamran Qasımov
Bütün xəbərlər

Bakı. Trend:

İrəvanda qəbul olunan qərarlara görə təqsiri və məsuliyyəti Rusiyanın üzərinə atmaq lazım deyil.

Trend xəbər verir ki, bunu Rusiya Xarici İşlər Nazirliyinin mətbuat xidmətinin rəhbəri Mariya Zaxarova brifinqdə deyib.

"Bu, faciəvi nəticələrə gətirib çıxara bilər ki, bu da Ermənistan üçün təhlükəlidir. İrəvanın Rusiya barəsində açıqlamalarına Moskvanın sərt reaksiyasının səbəbi isə odur ki, onların əsasında yalan, qeyri-dəqiqlik və ya faktları dəyişdirmək cəhdi dayanır", - deyə o əlavə edib.

Qeyd edək ki, bir müddət əvvəl Paşinyan bildirib ki, Rusiya "Cənubi Qafqazda hər hansı tədbir görməklə və ya görməməklə regiondan uzaqlaşır".

"Müəyyən proseslər belə bir fikir yaradır ki, bir gün sadəcə oyanacağıq və Rusiyanın burada olmadığını görəcəyik", - o deyib.

Bundan başqa, Paşinyan Rusiyanın Ermənistan-Azərbaycan danışıqlar prosesində aktivliyinin "Ukraynadakı hadisələrlə əlaqədar olaraq azaldığını" qeyd edib.

(Tərcümə: Rəna Əbdürəhmanova)

Məqalədə:
Xəbər lenti

Xəbər lenti