...

Paşinyan Azərbaycanın ərazi bütövlüyünü niyə tanıdı? - Özü hər şeyi AÇIQLADI

Dünya xəbərləri Materials 13 Sentyabr 2023 20:20 (UTC +04:00)
Gülnarə Kərimova
Gülnarə Kərimova
Bütün xəbərlər

Bakı. Trend:

Qarabağ məsələsi təəssüf ki, erməni arqumentləri ilə həll olunmayacaq.

Trend xəbər verir ki, bunu Ermənistan baş naziri Nikol Paşinyan deyib.

O bildirib ki, Ermənistan öz torpaqlarını qorumaq üçün Azərbaycanın ərazi bütövlüyünü tanıyıb.

Göründüyü kimi, əli hər yerdən üzülən Paşinyan, artıq öz məğlubiyyəti ilə barışmalı olur. O, açıq şəkildə məğlubiyyətini etiraf edir. Onun bu etirafından məlum olur ki, ona havadarlarından da haray yoxdur.

Onun səsləndirdiyi fikirlərdən belə qənaət hasil olunur ki, uzun illər danışıqların imitasiyası yalnız zamanın uzadılmasına xidmət edib, Ermənistan bir addım belə istəyinə doğru irəliləməyi bacarmayıb, Azərbaycan isə əksinə, diplomatik cəbhədə, danışıqlar prosesində, informasiya müharibəsində, iqtisadi və hərbi güc kontekstində böyük uğurlar əldə edib.

Qeyd edək ki, Ermənistanın Baş naziri Nikol Paşinyan ABŞ-nin “Politiko” nəşrinə müsahibə verib. O müsahibəsində bildirib ki, Ermənistan daha öz təhlükəsizliyi üçün Moskvaya arxalana bilməz.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti