...

Türkiyə Böyük Britaniya üçün əvəzolunmaz tərəfdaşdır - Hakan Fidan

Dünya xəbərləri Materials 13 Sentyabr 2023 23:04 (UTC +04:00)
Humay Ağacanova
Humay Ağacanova
Bütün xəbərlər

Bakı. Trend:

Türkiyə xarici işlər naziri Hakan Fidan Ankarada Böyük Britaniyanın xarici işlər naziri Ceyms Kleverli ilə birgə mətbuat konfransı keçirib.

Trend-in məlumatına görə, H.Fidan bildirib ki, Türkiyə və Böyük Britaniya taxıl dəhlizinin bərpa edilməsində razıdırlar.

Nazir qeyd edib ki, Böyük Britaniya ilə sıx əməkdaşlığın davam etdirilməsi böyük əhəmiyyət kəsb edir. H.Fidan bildirilib ki, Türkiyə İraq ərazisindən Türkiyəyə, oradan isə Avropa istiqamətində uzanacaq “İnkişaf yolu” adlı nəqliyyat dəhlizinin açılmasını dəstəkləyir.

Onun sözlərinə görə, İraq, BƏƏ, Türkiyə və Qətər bununla bağlı intensiv danışıqlar aparır.

"Türkiyə Böyük Britaniya üçün əvəzolunmaz tərəfdaşdır. Bu, bizim ümumi təhlükəsizliyimiz və rifahımız üçün son dərəcə vacibdir", - deyə nazir əlavə edib.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti