...

Liviya hakimiyyəti bu şəhəri bağlayıb

Dünya xəbərləri Materials 15 Sentyabr 2023 16:11 (UTC +04:00)
Liviya hakimiyyəti bu şəhəri bağlayıb
Fərid Zöhrabov
Fərid Zöhrabov
Bütün xəbərlər

Bakı. Trend:

Liviya hakimiyyəti daşqınlardan digər yaşayış məntəqələrinə nisbətən daha çox zərər çəkən Derna şəhərini bağlayıb və ora yalnız xilasetmə qrupları buraxılıb.

Trend xəbər verir ki, bu barədə təcili yardım xidmətinin rəhbəri Salem əl-Fərcani bildirib.

Məlumata görə şəhərin bağlanması və təxliyələrin səbəbi hələ də dağıntılar altında ölmüş insan cəsədləri və heyvan leşlərindən yayıla biləcək epidemiya təhlükəsi olub.

Beynəlxalq Miqrasiya Təşkilatının məlumatına görə, Liviyanın şimal-şərqində qasırğa və daşqınlar səbəbindən 39 minə yaxın insan evlərini tərk etmək məcburiyyətində qalıb.

Qeyd edək ki, sentyabrın 10-da Liviyanı cənginə alan “Daniel” siklonu ölkənin şərq rayonlarına son 40 ilin ən güclü yağışlarını gətirib. Nəticədə Binqazi, Beyda, Merc, Suse və Derna şəhərlərinə ciddi zərər dəyib. Təbii fəlakət minlərlə insanın həyatına son qoyub.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti