...

Türkiyə hərbçilərindən hava əməliyyatı - 31 hədəf məhv edildi

Dünya xəbərləri Materials 16 Sentyabr 2023 11:14 (UTC +04:00)
Türkiyə hərbçilərindən hava əməliyyatı - 31 hədəf məhv edildi

Bakı. Trend:

Türkiyə Ordusu İraqın şimalında hava əməliyyatı keçirib.

Trend xəbər verir ki, bu barədə Türkiyə Milli Müdafiə Nazirliyi məlumat yayıb.

Bildirilib ki, sentyabrın 13 və 15-də İraqın şimalında həyata keçirilən hava əməliyyatlarında aralarında məsul terrorçular da daxil olmaqla, onların istifadə etdiyi 31 hədəf məhv edilib.

Qeyd edilib ki, icra olunan əməliyyatlar zamanı yerli silah və sursatlardan istifadə edilərək, çox sayda terrorçu zərərsizləşdirilib.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti